Kriştianu Ronaldo yeni serial layihəsinə qoşuldubackend

Kriştianu Ronaldo yeni serial layihəsinə qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldo Britaniya futbolundan bəhs edən yeni serial layihəsinin istehsalına qoşulub.
Editor.az xəbər verir ki, məlumata görə, 40 yaşlı futbolçu layihədə icraçı prodüser kimi fəaliyyət göstərəcək. “Day 1s” adlanacaq serial peşəkar futbol dünyasının pərdəarxası həyatını və britaniyalı futbol agentinin fəaliyyətini əks etdirəcək.

Layihənin baş rolunu tanınmış britaniyalı aktyor Damian Lyuis canlandıracaq. Serialın çəkilişlərinə artıq start verilib.
Qeyd edək ki, bu layihə Kriştianu Ronaldonun futbol meydanından kənarda media və əyləncə sənayesində iştirakını daha da genişləndirən növbəti addım hesab olunur.

//Samir Qurbanov, Editor.az