ABŞ İranı Yaxın Şərqdə özünə qarşı ən böyük təhdid elan etdibackend

ABŞ İranı Yaxın Şərqdə özünə qarşı ən böyük təhdid elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın artıq təhlükə yaratmadığı qənaətinə gələnə qədər ona qarşı güc tətbiq etməyə davam etmək niyyətindədir.

Bu, ABŞ administrasiyasının açıqladığı Terrorla Mübarizə Strategiyasında öz əksini tapıb.

Sənədə görə, ABŞ administrasiyasının 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin öldürülməsi, ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələr və İrana qarşı müharibəni ehtiva edən “qətiyyətli hərəkətlər” “Tehran artıq ABŞ üçün təhlükə yaratmayana qədər davam edəcək”.

Sənəddə həmçinin ABŞ-ın “İranın proksi qüvvələrinə qarşı kinetik, kəşfiyyat və kiber əməliyyatlara diqqət yetirməyə davam edəcəyi” qeyd olunub.

Sənəddə qeyd olunur ki, Yaxın Şərqdə ABŞ-a ən böyük təhdid İrandan gəlir və Vaşinqton onu tam aradan qaldırmayınca dayanmayacaq.

Musavat.com