İran mediasının məlumatına görə, Tehran ictimai nəqliyyatı birdəfəlik pulsuz edə bilər. “Fars” xəbər agentliyinin məlumatına görə, bu, metro və avtobuslara aiddir. Bu ideyanın həyata keçirilməsi üçün əvvəlcə şəhər şurası tərəfindən təsdiqlənməlidir.
Artıq məsələni nəzərdən keçirməyə başlayıb.
Bu ilin mart ayında İran paytaxtının meri ABŞ və İsraillə müharibə zamanı şəhərdə ictimai nəqliyyatın pulsuz olacağını elan edib. O, bildirib ki, bu tədbir əhalini dəstəkləmək və yanacaq istehlakını idarə etmək məqsədi daşıyır.
//Samir Qurbanov, Editor.az

