Polşadan Trampa çağırış: ABŞ hərbçiləri Almaniyadan Polşaya köçürülsünbackend

Polşadan Trampa çağırış: ABŞ hərbçiləri Almaniyadan Polşaya köçürülsün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Prezidenti Karol Navrotski ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib. O, ABŞ Prezidenti Donald Trampdan Almaniyada yerləşdirilən Amerika hərbçilərinin bir hissəsinin Polşaya göndərilməsini istəyəcəyini bildirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Navrotski açıqlamasında belə deyib.

“Əgər ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbçilərinin sayının azaldılması ilə bağlı qərar versə, Polşa bu qüvvələri qəbul etməyə hazırdır”,-deyə o bildirib.

Polşa ərazisində hazırda təxminən 10 min ABŞ hərbçisinin yerləşdiyini xatırladan prezident qeyd edib ki, əsas məqsədi Amerika qoşunlarının Avropada qalmasını təmin etməkdir.

“Bu hərbçilərin Avropada qalması üçün Trampın diqqətini bu məsələyə cəlb etməyə çalışacağam. Məqsədim onların Polşaya yerləşdirilməsinə nail olmaqdır”, — deyə Navrotski vurğulayıb.

//Gülnarə Abasova, Editor.az