Yaponiyanın şimalındakı Honşu adasında daha bir nəfər ayı hücumuna məruz qalıb.
Editor.az-ın Kyodo News agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yamaqata prefekturasının rəhbərliyi açıqlama yayıb.
Məlumatda bildirilib ki, kişinin baş və qollarında xəsarətlər olan meyiti bölgədəki dağlıq ərazidə aşkarlanıb. Hadisə yerinin yaxınlığında ayı görüldüyü, daha sonra isə zərərsizləşdirildiyi qeyd olunub.
Agentliyin açıqlamasına əsasən, heyvanın həmin şəxsə hücum etdiyi təsdiqlənərsə, bu, 2026–2027-ci maliyyə ilində (1 aprel 2026 – 31 mart 2027) insanlara qarşı qeydə alınan ikinci ayı hücumu olacaq. İlk belə hadisə bu ilin aprel ayında Honşu adasının şimalındakı İvate prefekturasında baş verib.
//Gülnarə Abasova, Editor.az

