İranın “Tehran Times” qəzetinin məlumatına görə, ABŞ İranın təklif etdiyi 14 maddəlik planı rəsmi olaraq rədd edib.
Sənəddə əvvəlcə bütün cəbhələrdə tam və dərhal atəşkəs elan edilməsi, ardınca isə İranın nüvə proqramı ilə bağlı müzakirələr tələb olunurdu.
İran bu planı mayın əvvəlində diplomatik kanallar vasitəsilə ABŞ-a təqdim edib. Cavab müsbət olarsa, Tehran dərhal danışıqların ikinci mərhələsinə başlamağa hazır idi. Lakin Ağ Ev rəsmi cavabında sənəddəki bütün təkliflərin qəbuledilməzliyini vurğulayıb və İrana nüvə proqramı ilə bağlı təzyiq göstərməyə davam edib. ABŞ prezidenti Donald Tramp Tehranın cavabını qəbuledilməz adlandırıb və hərbi əməliyyatların bərpa olunması ehtimalını nəzərdən keçirir.
//Samir Qurbanov, Editor.az


