Ariana Qrande karyerasına niyə fasilə vermək istədiyini açıqlayıbbackend

Ariana Qrande karyerasına niyə fasilə vermək istədiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı pop ulduzu Ariana Qrande karyerasına müəyyən müddətlik fasilə vermək qərarının səbəblərini açıqlayıb. 33 yaşlı sənətçi bu barədə ABŞ-ın Çikaqo şəhərində keçirilən konserti zamanı pərəstişkarları ilə söhbətində danışıb.

Editor.az xəbər verir ki, Qrande son günlərdə görünüşü ilə bağlı səsləndirilən tənqidlərin onun səhnədən uzaqlaşmaq qərarına təsir etdiyi barədə iddialara münasibət bildirib. Müğənni qərarının hər hansı hadisənin təsiri altında və ya ani şəkildə qəbul edilmədiyini vurğulayıb.

“Dünənki açıqlamam hər hansı hadisəyə reaksiya və ya ani verilmiş qərar deyildi. Bu, uzun müddətdir düşündüyüm bir plan idi. Bu qərarı düşünülmüş şəkildə və öz gücümə arxalanaraq vermişəm”, – deyə Ariana Qrande bildirib.

Sənətçinin sözlərinə görə, hazırda onun şəxsi sərhədlərini müəyyənləşdirməyə və bir qədər dincəlməyə ehtiyacı var. Bununla belə, müğənni hazırkı konsert turunun ona mənfi təsir göstərmədiyini və səhnədə yaşadığı anlardan zövq aldığını qeyd edib.

“Sevdiyim və hörmət etdiyim insanlarla birlikdə yaratdığımız sənətdən və aramızdakı sevgidən daha gerçək və daha güclü heç nə ola bilməz. Heç bir şey bunu dəyişə bilməz”, – deyə Qrande vurğulayıb.

Qeyd edək ki, Ariana Qrande bundan əvvəl ictimai həyatdan müvəqqəti uzaqlaşacağını açıqlamışdı. Onun nümayəndəsinin sözlərinə görə, müğənni teatr tamaşalarından birindəki rolundan imtina edib və konsert turu başa çatdıqdan sonra bir müddət diqqət mərkəzindən kənarda qalmağı planlaşdırır.

Daha əvvəl isə sənətçinin həddindən artıq çəki itirməsi pərəstişkarları arasında narahatlıq yaradıb.

//Gülnarə Abasova, Editor.az