Ceyhun Bayramov: “Qars-Iğdır-Dilucu layihəsinin inşası başa çatdırılır”backend

Ceyhun Bayramov: “Qars-Iğdır-Dilucu layihəsinin inşası başa çatdırılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında münasibətlərdə bir sıra yeni inkişaf mərhələləri ola bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə Bakıda keçirilən birgə brifinqdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan ABŞ tərəfindən mütəmadi olaraq TRIPP layihəsi barədə məlumat alır:

“Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsidir. Biz ABŞ-li həmkarlarımızdan layihə barədə məlumat alırıq. Çünki dəhlizin giriş-çıxış hissəsi Azərbaycan ərazisindədir. Gözləntimiz var ki, 2026-cı ildə 42 km-lik ərazidə fiziki işlər başlasın. Biz öz üzərimizə düşən işləri həyata keçiririk. 2027-ci ilin əvvəlində həm avtomobil, həm də dəmir yolu layihəsini Ermənistan sərhədinə çatdıracağıq. Həmçinin Qars-Iğdır-Dilucu layihəsinin inşası başa çatdırılır. Bu layihələr Azərbaycanla Naxçıvan arasında əlaqələrin yaradılması ilə yanaşı, Orta Dəhliz üçün də mühüm töhfələr olacaq. Biz bu il gördük ki, Azərbaycandan Ermənistana neft məhsulları çatdırıldı. Ticarət nomenklaturası genişləndirilə bilər. Azərbaycandan təxminən Ermənistana 20 min ton neft məhsullar çatdırılıb”.