ABŞ ordusuna məxsus yanacaq doldurma təyyarələri 2027-ci ilin sonunadək İsraildə qalacaqbackend

ABŞ ordusuna məxsus yanacaq doldurma təyyarələri 2027-ci ilin sonunadək İsraildə qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusuna aid onlarla hərbi yanacaq doldurma təyyarəsinin ən azı 2027-ci ilin sonunadək Ben-Qurion Hava Limanında yerləşdirilməsi planlaşdırılır. Təyyarələrə xidmət göstərəcək ABŞ hərbi personalı da hava limanı və onun ətrafında daimi şəkildə yerləşəcək.  

Editor.az bu barədə İsrail mediasının yaydığı məlumata görə xəbər verir.

Məlumatı İsrailin “Kanal 12” telekanalının rəqəmsal platforması N12 yayıb. Bildirilir ki, ABŞ hərbi aviasiyasının bölgədə genişlənən fəaliyyəti Ben-Qurion Hava Limanının iş rejiminə ciddi təsir göstərir. İsrail Mülki Aviasiya İdarəsinin rəhbəri Şmuel Zakayın nəqliyyat naziri Miri Regevə göndərdiyi məktubda hava limanının artıq mülki obyekt deyil, hərbi baza kimi fəaliyyət göstərdiyi vurğulanıb.  

ABŞ təyyarələrinin İsraildə yerləşdirilməsi barədə xəbərlər, Vaşinqton və Təl-Əvivin İran ətrafında artan hərbi aktivliyi fonunda gündəmə gəlib. Daha əvvəl ABŞ-a məxsus KC-135 və KC-46 tipli yanacaq doldurma təyyarələrinin Ben-Qurion Hava Limanına endiyi barədə məlumatlar yayılmışdı.

//Gülnarə Abasova, Editor.az