ABŞ rəsmiləri: Çinin 2027-ci ildə Tayvana hücumu ehtimalı aşağıdırbackend

ABŞ rəsmiləri: Çinin 2027-ci ildə Tayvana hücumu ehtimalı aşağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmiləri Çinin 2027-ci ildə Tayvana hərbi müdaxilə edə biləcəyi ilə bağlı uzun müddətdir müzakirə olunan ssenarinin hazırda əvvəlki qədər real görünmədiyini bildiriblər.

Editor.az xəbər verir ki, Reuters-in əldə etdiyi məlumata əsasən, ABŞ administrasiyasındakı bəzi rəsmilər Çinin 2028-ci ildən əvvəl Tayvana genişmiqyaslı hücuma başlamasının getdikcə daha az ehtimal olunan ssenari olduğunu düşünürlər.
Bununla belə, Vaşinqton Pekinin hərbi imkanlarını genişləndirməsini və Tayvan ətrafında hərbi fəallığını diqqətlə izləməyə davam edir.
Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın müstəqilliyinə qarşı çıxır. ABŞ isə Tayvanla bağlı uzunmüddətli təhlükəsizlik öhdəliklərini saxlayır.

//Samir Qurbanov, Editor.az