Merz: Almaniya Rusiyanın yeni hibrid hücumlarına hazırlaşmalıdırbackend

Merz: Almaniya Rusiyanın yeni hibrid hücumlarına hazırlaşmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Merz Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin, o cümlədən kiberhücumların və pilotsuz uçuş aparatlarından istifadə hallarının davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Editor.az xəbər verir ki, Merz bildirib ki, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək və qarşıdakı qışın Ukrayna üçün Rusiya ilə müharibənin 2022-ci ildə başlamasından bəri ən çətin dövrlərdən biri ola biləcəyini nəzərə alır.

O, Almaniyanın Avropanın mərkəzində aparıcı dövlət kimi Kiyevə yardım göstərməkdə xüsusi məsuliyyət daşıdığını vurğulayıb.

Kanslerin sözlərinə görə, Berlin Rusiya xalqını və ya Rusiya dövlətini zəiflətmək məqsədi güdmür. Bununla belə, o, Moskvanın müharibəni dayandırmalı və Avropaya qarşı hibrid hücumlara son qoymalı olduğunu bildirib.
Rusiya isə Qərb ölkələrinin hibrid hücumlarla bağlı ittihamlarını rədd edir.

//Samir Qurbanov, Editor.az