Fond böhranı fonunda diqqət sistem çökməzdən dərhal əvvəl pullarını çıxarıb sistemdən ayrılanlara yönəlib.
Editor.az-ın xəbərinə görə, siyasi dairələrdən daxil olan məlumatlara görə, Prezident Ərdoğan böhrandan əvvəl pullarını nağdlaşdıran şəxslərin müəyyən edilərək dərhal ona məruzə olunması barədə göstəriş verib.
Qeyd edək ki, “Hürriyet” qəzetinin köşə yazarı Hande Fıratın kulis məlumatlarına əsasən, Prezident Ərdoğan fond böhranı baş qaldırdığı ilk gündən etibarən vəziyyətlə bağlı narazılığını aidiyyəti qurumlara çatdırmış və məsələnin bütün aspektlərinin niyə əvvəlcədən nəzərə alınmadığını sorğulamışdı.
Bildirilib ki, Beştəpə kompleksində keçirilən son iqtisadi zirvə toplantısında Ərdoğan açıq şəkildə qəzəbli idi və çox konkret göstəriş verib. O, böhran başlamazdan dərhal əvvəl vəsaitlərini sistemdən çıxaran şəxslərin müəyyən edilməsi üçün təcili araşdırma aparılmasını tələb edib və həmin şəxslərin adlarının dərhal ona bildirilməsində israr edib.
//Dəniz Pənahova, Editor.az

