Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə qarşıdakı APEC sammiti çərçivəsində keçirilə biləcək görüşün iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcəyini bildirib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Putin Si Cinpinə göndərdiyi məktubda gələn ay Çində keçiriləcək APEC sammiti zamanı görüşün Rusiya-Çin əlaqələrinin inkişafına əlavə stimul verə biləcəyini qeyd edib.
Pekin hələlik görüşün baş tutacağını rəsmi şəkildə təsdiqləməyib. Çin Xarici İşlər Nazirliyi isə iki ölkə liderləri arasında strateji istiqamətləndirmənin Rusiya-Çin münasibətlərinin sabit və uzunmüddətli inkişafında mühüm siyasi təminat olduğunu açıqlayıb.
Bu fonda Moskva və Pekin arasında yüksək səviyyəli siyasi əlaqələrin davam etdirilməsi hər iki tərəf üçün əhəmiyyətli olaraq qalır.
//Samir Qurbanov, Editor.az

