Baba Vanqadan qızılla bağlı ŞOK proqnozbackend

Baba Vanqadan qızılla bağlı ŞOK proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baba Vanqaya aid edilən və 2027-ci illə bağlı olan bir proqnoz yenidən gündəmə gəlib.

Editor.az-ın xəbərinə görə, iddia olunur ki, 2027-ci ildə qlobal iqtisadiyyata təsir göstərə biləcək “böyük maliyyə sarsıntısı” baş verəcək və investorların təhlükəsiz liman axtarışı ilə qızıla yönəlməsi qiymətlərin kəskin artımına səbəb ola bilər.

Buna uyğun olaraq, qlobal iqtisadiyyatda ciddi maliyyə böhranının baş verə biləcəyi, ənənəvi bank sistemlərinə olan etimadın zəifləyə biləcəyi və qlobal miqyasda nağd pul çatışmazlığının yarana biləcəyi ehtimal edilir.

İnternetdə yayılan bir ssenariyə əsasən, ehtimal olunan maliyyə böhranı investorların vəsaitlərini daha maddi aktivlərə yönəltmək marağını artıra bilər. Bu kontekstdə qızıl, diqqət mərkəzində olması gözlənilən investisiya vasitələrindən biri kimi göstərilir.

//Dəniz Pənahova, Editor.az