Bakıda özünü “loqoped-psixoloq” kimi təqdim edən Türkan Mehdizadə ilə bağlı vətəndaş Nihat Eyvazov tərəfindən polisə müraciət edilib.
Bakı şəhər sakini N.Eyvazov sosial şəbəkədə yayılan müraciətində həyat yoldaşı və 2 yaşlı övladı ilə birlikdə Yasamal rayonunda yerləşən yaşayış komplekslərindən birində fiziki zorakılığa məruz qaldıqlarını deyib.
Şikayətçinin sözlərinə görə, mübahisə uşağın müalicəsi zamanı yaranıb. O, Türkan Mehdizadə və yanında olan şəxsin ona, həyat yoldaşına və azyaşlı övladına xəsarət yetirdiyini bildirib.
Nihat Eyvazov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.
Qarşı tərəfin mövqeyi məlum deyil.
Bizimesr.info

