Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarırbackend

Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Macarıstan diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul edib. Moskvanın bu addımı Budapeştin daha əvvəl 10 rus diplomatını ölkədən çıxarmasına cavab olaraq qiymətləndirilir.

Editor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Macarıstanın Moskvadakı səfirliyinin və Sankt-Peterburq və Kazandakı konsulluqlarının əməkdaşları iki həftə ərzində Rusiyanı tərk etməlidirlər.

Macarıstan daha əvvəl Rusiyanın diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxarmışdı.

Diplomatik qarşıdurma Macarıstanda Viktor Orbanın 16 illik hakimiyyətinin başa çatmasından sonra iki ölkə arasında münasibətlərin dəyişməsi fonunda baş verir. Yeni hökumət Avropa İttifaqı və NATO ilə əlaqələrin möhkəmləndirilməsinə daha çox diqqət yetirdiyini bəyan edib.

//Samir Qurbanov, Editor.az