“Galatasaray” futbolçulara qadağa QOYDUbackend

“Galatasaray” futbolçulara qadağa QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” zədələrin qarşısını almaq məqsədilə oyunçuların meydançadankənar məşqləri ilə bağlı yeni bir siyasət tətbiq edib.

Editor.az xəbər verir ki, məlumata görə, məşqçilər korpusu, tibbi heyət və rəhbərlik oyunçulardan zərbə nəticəsində yaranan zədə riski səbəbindən kikboksinqlə məşğul olmamağı və hər hansı fərdi məşq barədə kluba məlumat verməyi tələb edib.

Oyunçulara verilən məlumatda qeyd olundu ki, zərbə alma riski daşıyan əlavə idman növləri ilə məşğul olmaq zədələnmə ehtimalını artıra bilər. Buna əsasən, oyunçulara kikboksinqlə məşğul olmağa icazə verilməyəcəyi açıqlanıb. Bundan əlavə, oyunçulardan klubdan kənarda keçirdikləri hər hansı fərdi məşqlər barədə “Qalatasaray”a məlumat vermələri tələb olunub.

//Dəniz Pənahova, Editor.az