Alen Simonyan Bakıya səfər edəcək?backend

Alen Simonyan Bakıya səfər edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycana səfər edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə o, erməni mediasına müsahibəsində deyib. Azərbaycana ehtimal edilən səfəri ilə bağlı verilən sualı cavablandıran Simonyan Bakıya gələ biləcəyini istisna etməyib.

O, bir müddət əvvəl Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüşün baş tutduğunu xatırladıb.

“Mən də belə bir səfəri istisna etmirəm. Hələlik hər hansı bir müddət yoxdur və ya konkret nəsə deyə bilmərəm”, – deyə Simonyan bildirib.

Onun sözlərinə əsasən, daha bir görüşün təşkili ilə bağlı razılaşma mövcuddur, lakin dəqiq vaxt hələ ki, müəyyənləşdirilməyib.

Bundan başqa Simonyan bildirib ki, İrəvanla Bakı açıq qalan məsələlərin həlli istiqamətində fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.