Ermənistan Azərbaycanla sərhəddə dərinləşdirilmiş bunkerlər düzəldir – Polkovnikbackend

Ermənistan Azərbaycanla sərhəddə dərinləşdirilmiş bunkerlər düzəldir – Polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ermənistan Azərbaycanla sərhədlərinin müəyyən hissələrində mühəndis-istehkam işləri aparır, dərinləşdirilmiş bunkerlər yaradırlar”.

Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov bildirib.

O qeyd edib ki, mühəndis-istehkam işlərinin aparılması Azərbaycanda narahatçılıq yaratmalıdır və yaradır: “Çünki əgər Ermənistan həqiqətən də sülh istəyirsə sərhəddə müharibə hazırılığına bənzər mühəndis-istehkam işlərinin həyata keçirilməsi, dərinləşdirilimiş bunkerlər yaradılması nə üçündür?! Bundan başqa, Ermənistan son zamanlar bəzi ölkələrdən orduya hücum silahlarının da alışını artırıb. Bu da suallar yaradır və Azərbaycana bir siqnaldır. Azərbaycan Prezidenti İlham Əliyev bir sıra müsahibələrində və çıxışlarında sülh tərəfdarı olmağımızla yanaşı daim ordumuzun gücləndirilməsinin prioritet məsələlərdən olduğunu söyləməsi təsadüfi fikirlər deyil”.

Polkovnik hesab edir ki, Azərbaycan həm Ermənistanla danışıqlarda sərhəddə müharibə hazırlığına bənzər mühəndis-istehkam işlərinin nə üçün aparıldığı, dərinləşdirilmiş bunkerlərin nəyə görə hazırlandığı sualını yəqinki qoyacaq:

“Ermənistan Azərbaycanla daimi sülh istədiyi fikrində səmimidirsə sərhəddə o cür tədbirlərə zərurət olmamalıdır. Bu cür tədbirlər görülürsə demək İrəvan səmimi deyil, sanki müharibəyə hazırlaşır”.