Disney layihələrindəki rolları ilə tanınan amerikalı aktrisa Karla Ceffrinin vəfat etdiyi açıqlanıb. Aktrisanın ailəsi və meneceri onun ölüm xəbərini yayıb.
Editor.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Karla Ceffri sentyabrın 1-də, 33 yaşında vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Aktrisanın valideynləri qızlarının vəfatı ilə bağlı paylaşımında onun daim təbəssümü, gülüşü, istedadı və ətrafına bəxş etdiyi pozitiv enerji ilə xatırlanacağını bildiriblər.
Karla Ceffri aktyorluğa hələ 12 yaşında başlayıb. O, xüsusilə Disney-in məşhur “Z-O-M-B-I” serialında canlandırdığı Bri obrazı ilə geniş auditoriyaya tanış olub.
Ceffrinin filmografiyasında ümumilikdə 33 ekran işi yer alır. O, həmçinin “Torchwood”, “Scream Queens”, “Good Luck Charlie”, “Shake It Up”, “iCarly”, “Lie to Me”, “Southland” və “Curb Your Enthusiasm” kimi məşhur seriallarda rol alıb. Aktrisa karyerası ərzində Disney studiyası ilə də dəfələrlə əməkdaşlıq edib.
Karla Ceffrinin vəfatı son dövrlərdə məşhur ekran simaları arasında baş verən daha bir itki kimi diqqət çəkib. İyunda Disney-in “Lilo və Stiç” animasiya filmində Lilonu səsləndirən və “Zəng” filmində Samara obrazını canlandıran aktrisa Deyvi Çeyz də 35 yaşında vəfat etmişdi.
//Gülnarə Abasova, Editor.az

