Almaniya Bundestaqının müxalifətdə olan “Almaniya üçün Alternativ” (AfD) partiyasından deputatı Markus Fronmayer kansler Fridrix Mertsi sərt tənqid edib.
Editor.az xəbər verir ki O, RT-yə müsahibəsində bildirib ki, Merts Almaniya vətəndaşlarının problemlərindən daha çox Ukraynaya dəstəyə diqqət ayırır. Bu səbəbdən Fronmayer kansleri “Ukraynanın kansleri” adlandıraraq, onun almanların maraqlarına kifayət qədər xidmət etmədiyini iddia edib.
Deputat həmçinin Fridrix Mertsi Almaniya tarixinin ən qeyri-populyar kansleri adlandırıb və hökumətin iqtisadi siyasətini, yüksək enerji qiymətlərini, vergi yükünü və ölkənin rəqabət qabiliyyətinin zəifləməsini tənqid edib.
//Samir Qurbanov, Editor.az

