“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 üzrə Malayziya mərhələsinin ilk sərbəst məşqində ən sürətli nəticəni göstərib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Ferstappen Sepanq trasında ilk məşq sessiyasını lider başa vurub. Komandalar həftəsonu əsas yarışdan əvvəl avtomobillərin sazlanması, təkər strategiyası və tras şəraitinin qiymətləndirilməsi üzərində işləyirlər.
İlk məşqin nəticələri yarışın yekun nəticəsini müəyyən etmir, lakin komandaların sürət potensialı və hazırlıq səviyyəsi barədə ilkin təsəvvür yaradır.
//Samir Qurbanov, Editor.az

