Kreml Ukrayna ilə sülh danışıqlarının bərpasını istisna etmirbackend

Kreml Ukrayna ilə sülh danışıqlarının bərpasını istisna etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva, Kiyev və Vaşinqton arasında sülh danışıqlarının yenidən başlamasının mümkünlüyünü istisna etməyib.

Editor.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Rusiya tərəfi diplomatik təmasların davam etdirilməsi imkanını açıq saxlayır. Bununla belə, Moskva danışıqların hansı formatda və hansı şərtlər əsasında keçiriləcəyinə dair konkret mövqe açıqlamayıb.

Son günlər ABŞ nümayəndələrinin Kiyevə səfərləri və münaqişənin diplomatik yolla həlli istiqamətində aparılan təmaslar diqqət mərkəzindədir. Rusiya və Ukrayna arasında mümkün danışıqların bərpası ilə bağlı beynəlxalq gözləntilər də artır.

Moskvanın son açıqlaması müharibənin diplomatik yolla dayandırılması istiqamətində yeni mərhələnin başlaya biləcəyi ehtimalını gündəmə gətirib.

//Samir Qurbanov, Editor.az