İran ABŞ-ın yeni hücumlarına cavab verəcəyini bəyan edib və Fars körfəzində yerləşən enerji infrastrukturlarının mümkün cavab tədbirlərinin hədəfinə çevrilə biləcəyini bildirib.
Editor.az xəbər verir ki, Tehranın açıqlamasında ABŞ-ın regiondakı enerji və hərbi obyektlərinə qarşı mümkün əməliyyatlarla bağlı xəbərdarlıq edilib. İran tərəfi Vaşinqtonun yeni hücumlarını cavabsız qoymayacağını vurğulayıb.
Gərginliyin artması dünya enerji bazarlarında da narahatlıq yaradıb. Körfəzdə enerji infrastrukturu və neft daşımalarının təhlükəsizliyi ilə bağlı risklərin yüksəlməsi neft qiymətlərinə əlavə təzyiq göstərir.
Analitiklər hesab edirlər ki, qarşıdurmanın daha da genişlənməsi qlobal enerji təchizatına və inflyasiyaya ciddi təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az

