Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: Fələstin Tehranın gündəmində qalırbackend

Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: Fələstin Tehranın gündəmində qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian HAMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyya ilə telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Pezeşkian Xəlil əl-Həyyanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, İran xalqı və rəhbərliyinin Fələstinə dəstəyini bir daha vurğulayıb.

Pezeşkian telefon danışığı zamanı ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarına toxunub. O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Fələstin məsələsi İranın xarici siyasətində əsas yerini qoruyur.

Xəlil əl-Həyya isə İranın təhdidlər qarşısındakı mövqeyini yüksək qiymətləndirib. O deyib ki, İran regionda yeni reallıqlar formalaşdırmağa nail olub.

O, “İsraili regionda sabitliyi pozan əsas amil” adlandırıb. Xəlil əl-Həyya vurğulayıb ki, HAMAS siyasi danışıqları digər Fələstin qrupları ilə koordinasiyalı şəkildə davam etdirir.