ANmedia.az xəbər verirkiAydın Tağıyev – AKİAB – Azərbaycan Korporativ İdarəetmə Assosiasiyası tərəfindən “Fəxri üzv” seçildi.
Assosiasiya Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin inkişafına mühüm töhfə verən platformalardan biridir. 400-ə yaxın tərəfdaşı birləşdirən qurum təlimlər, görüşlər, diskussiyalar və maarifləndirici layihələr vasitəsilə biznes mühitində şəffaflıq və peşəkar idarəetmə prinsiplərinin tətbiqinə dəstək verir.
Bu təşəbbüslər innovativ idarəetmə metodlarının yayılmasına, sahibkarlar arasında əməkdaşlığın möhkəmlənməsinə və iş dünyasında etimad mühitinin formalaşmasına xidmət edir.

