Hazırda Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxır.
Editor.az xəbər verir ki, yığmamız toplanış çərçivəsində ikinci yoldaşlıq oyununu keçirəcək.
Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu dəfə San-Marino yığması ilə qüvvəsini sınayacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçın idarəçiliyi macarıstanlı baş hakim Marton Ruşa həvalə edilib.
Xatırladaq ki, milli komandamız təlim-məşq toplanışındakı ilk yoldaşlıq görüşündə Malta yığmasına iki cavabsız qolla məğlub olmuşdu.


