Azərbaycan sülh istəyir, bəs Ermənistan və xarici güclər? -Aydın Quliyevdən SƏRT AÇIQLAMAbackend

Azərbaycan sülh istəyir, bəs Ermənistan və xarici güclər? -Aydın Quliyevdən SƏRT AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi regionun əsas siyasi gündəm mövzularından biri olaraq qalır. İki ölkə arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri xüsusi əhəmiyyət daşıyır. Bu proses yalnız iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik və iqtisadi inkişafına təsir edə bilər. Eyni zamanda, regionda maraqları olan böyük dövlətlərin mövqeyi də sülh prosesinin gedişində diqqət çəkən amillərdəndir. Davamlı sülhün əldə olunması üçün tərəflər arasında etimadın formalaşması və razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi vacibdir.

Maraqlıdır, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına mane olan əsas siyasi və geosiyasi amillər hansılardır və yaxın perspektivdə regionda sabitliyin təmin edilməsi üçün hansı addımlar atılmalıdır?

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sülhü bizim regionumuzda sülhün və təhlükəsizliyin taleyini birbaşa müəyyən eləyən məsələdir:

“Əgər sülh sazişi imzalanmasa, bütün sonrakı müddətlərdə sülhün taleyi daim Türklərdən asılı vəziyyətdə göstəriləcək. Sülh sazişinə qədər ki, yoxdur, hər zaman hərbi münaqişənin yenidən bərpa olunma tehlikəsi var. Ona görə də möhkəm və davamlı sülhdən ancaq o halda danışmaq mümkündür ki, sülh sazişi imzalansın. Sülh sazişinin isə imzalanması yolunda bəzi regional, siyasi və geosiyasi faktorlar var. Birinci növbədə Ermənistan daxili siyasi faktorlardan danışaq. Bu əsasən Ermənistanın daxilində revanşist hisslərlə yaşayan qüvvələrin fəaliyyət göstərməsini göstərməsini qeyd etməliyik. Hakimiyyətdən getmiş həm Ermənistan hakimiyyətindən, həm də Azərbaycandan qisas almaq istəyən qüvvələr var və çox təəssüf ki, həmin qüvvələr özlərinin fəaliyyətində Ermənistan dövlətinin çox ehtiyac hiss elədiyi sülh perspektivindən yox, daha çox xarici qüvvələrdən asılı olduqlarını nümayiş elətdirirlər. Ermənistan kilsəsinin ölkənin daxilində sülhə qarşı göstərdiyi fəaliyyət nəzərdən qaçabilməz. Çünki Ermənistan kilsəsi həm ölkənin daxilində dindar kəsimi, həm də beynəlxalq miqyasda erməni qüvvələrini daim bu sülhə qarşı köfləməyə çalışırlar. Beləliklə, Ermənistan dövlətinin daxilində parlamentdəki müxalifət, cəmiyyətdəki az da olsa müxalif kəsim, eləcə də erməni kilsəsi Ermənistan hakimiyyətinin sülh sazişi imzalanması yolunda əsas maneələrdir. Düzdür, həlledici maneələr deyil, əgər Ermənistanın daxilindəki siyasi maneəçilik faktorları nəzərə alınsa, sülh sazişinin imzalanmasının o qədər də çətin olmadığını görərik. Amma məsələ budur ki, sülh sazişinin imzalanmasına maneəçilik törədən bəzi geosiyasi və Ermənistanın xaricində olan amillər var. Bura birinci növbədə Kreml hakimiyyətində Ermənistanı və onun revanşist qüvvələrini dəstəkləyən təmayülü qeyd etməliyik. Eləcə də İran hakimiyyətindən gələn və Ermənistanda hakimiyyəti hakimiyyətin sülh siyasətinə maneçilik törədən qüvvələri qeyd etməliyik. Beləliklə, regionda Rusiyanın və İranın timsalında sülh sazişinin imzalanmasına maneçilik törədən amilləri xüsusi qeyd eləməliyik. Bundan başqa, Amerika Birləşmiş Ştatlarının Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasında vasitəçilik etməsinə baxmayaraq, onun bu vasitəçiliyi lazımı temp ilə və lazımı həvəslə aparılması hiss olunmur. Amerikanın başqasının başqa bölgələrdə proseslərə qarışması, amma faktiki olaraq vasitəçiliyi öz üzərinə götürməsi və bu vasitəçiliyi lazımı səviyyədə aparabilməməsi hansı səbəblərdən olmasından asılı olmayaraq, lazımı səviyyədə aparabilməməsi də sülh sazişinin imzalanmasına maneçilik törədən amildir. Bu bölgədə sülhün mümkün qədər tez imzalanmasında yeganə maraqlı qüvvə Azərbaycan dövlətidir. Ona görə də sülh perspektivləri ilə bağlı konkret fikir söyləmək çətindir, çünki maneçilik törətmək istəyən qüvvələr çoxdur”.

//Gülnarə Abasova, Editor.az