İsrail rəsmiləri seçkilərin nəticələrinin dəyişdirilməyəcəyini bildiriblər – Netanyahu nəticələri şübhə altına alırbackend

İsrail rəsmiləri seçkilərin nəticələrinin dəyişdirilməyəcəyini bildiriblər – Netanyahu nəticələri şübhə altına alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə keçirilən parlament seçkilərindən sonra siyasi qarşıdurma daha da kəskinləşib.

Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası seçkilərin nəticələri ilə bağlı şübhələr irəli sürüb və bəzi siyasi qüvvələrin xarici dəstək aldığını iddia edib.

İsrail Mərkəzi Seçki Komissiyasının rəhbəri Noam Solberq isə bildirib ki, xarici müdaxilə ilə bağlı iddialar təsdiqlənsə belə, bu, seçkilərin ümumi nəticələrini avtomatik olaraq etibarsız etməyəcək.

Seçkilərin nəticələrinə əsasən, Netanyahunun siyasi bloku 53 mandat əldə edib. Müxalifət qüvvələri isə 48 mandat qazanıb. Ərəb partiyalarının ümumilikdə 19 mandat əldə etməsi siyasi mənzərəni daha da mürəkkəbləşdirib.
İsrail parlamentində hökumət qurmaq üçün 61 mandat tələb olunur. Buna görə də tərəflərdən heç biri müstəqil şəkildə hökumət formalaşdırmaq imkanına malik deyil.

Müxalifət lideri Gadi Eisenkot Netanyahunu seçkilərin nəticələrini gözdən salmağa çalışmaqda ittiham edib.
Yaxın günlərdə siyasi partiyalar arasında koalisiya danışıqlarının əsas gündəm mövzusuna çevriləcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az