İsrail hərbçiləri Hebrondan geri çəkilib – 3 300-dən çox fələstinli əməliyyatlardan zərər çəkibbackend

İsrail hərbçiləri Hebrondan geri çəkilib – 3 300-dən çox fələstinli əməliyyatlardan zərər çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hərbi qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Hebron şəhərində 10 gün davam edən hərbi əməliyyatlardan sonra geri çəkilib.

Hebron qubernatoru Xalid Dudin bildirib ki, İsrail qüvvələrinin şəhərdən çıxmasından sonra Fələstin təhlükəsizlik qüvvələri ərazidə nəzarəti ələ alıb. Evlərini tərk etmək məcburiyyətində qalan ailələrin geri qayıtmasına şərait yaradılır.

İsrail ordusu oktyabrın 23-də iki israilli hərbçinin öldürülməsi və daha üç nəfərin yaralanması ilə nəticələnən silahlı hücumdan sonra şəhərdə genişmiqyaslı əməliyyata başlamışdı.
Fələstin tərəfinin məlumatına görə, əməliyyatlar zamanı 3 300-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb və 15 yaşayış evi və digər tikili dağıdılıb.

Bundan başqa, şəhərin iqtisadi və sosial infrastrukturu ciddi zərər görüb, təhsil prosesi də pozulub.

İsrail hərbi qüvvələrinin geri çəkilməsi bölgədə gərginliyin azalması baxımından mühüm hadisə hesab olunur. Bununla belə, ərazidə təhlükəsizlik vəziyyətinin necə inkişaf edəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

//Samir Qurbanov, Editor.az