Çin Yaxın Şərqdə diplomatik fəallığını artırır – Pekin İran və Omanla danışıqlara başlayıbbackend

Çin Yaxın Şərqdə diplomatik fəallığını artırır – Pekin İran və Omanla danışıqlara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Yaxın Şərqdə artan hərbi-siyasi gərginliyin aradan qaldırılması üçün diplomatik fəaliyyətini gücləndirir.

Pekin xüsusilə ABŞ və İran arasında davam edən müharibənin dayandırılmasında daha fəal rol oynamağa çalışır.
Çinin xarici işlər naziri Van İ Pekində İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Baqiri Kani ilə görüşüb.

Görüş zamanı Çin tərəfi münaqişənin həlli üçün danışıqların yeganə real çıxış yolu olduğunu vurğulayıb.
Eyni zamanda, Çin prezidenti Si Cinpin Oman sultanı Heysəm bin Tariqi qəbul edib. Bu, iki ölkə arasında 1978-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra Oman dövlət başçısının Çinə ilk rəsmi səfəri olub.
Səfər çərçivəsində tərəflər süni intellekt, yaşıl enerji və təchizat zəncirləri daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 əməkdaşlıq sənədi imzalayıblar.

Çin və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpasına çağıraraq ABŞ və İranı yenidən dialoqa başlamağa dəvət ediblər.

Pekinin bu addımları təsadüfi hesab edilmir. Çünki Hörmüz boğazında yaranmış böhran Çin də daxil olmaqla dünyanın aparıcı enerji idxalçılarına ciddi təsir göstərir.

//Samir Qurbanov, Editor.az