Türkiyədə 4,2 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın ocağı Osmaniyə vilayətinin Sumbas rayonunda 7 km dərinlikdədir.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Aralıq dənizi sahillərində – Muğla vilayətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.\\ Report.az

