İranın sərhədimizdəki raketləri hara tuşlanıb? – Diqqətçəkən məqambackend

İranın sərhədimizdəki raketləri hara tuşlanıb? – Diqqətçəkən məqam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ İrana nüvə hücumuna hazırlaşdığı bir zamanda İran da qisasını islam ölkələrindən almağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz deyib.

O, İranın Azərbaycanla sərhədə də ballistik raketlərini toplaması iddiasına toxunub:

“İranın Araz qırağına yığdığı bu ballistik raketlərlə kimi hədəfə almaq istəyir? Azərbaycanımı?

Bu suala cavab vermək üçün gəlin, ballistik raketlərin mənzilinə nəzər salaq.

– Qısamənzilli ballistik raketlər: Adətən 300 km-dən 1.000 km-ə qədər;

– Ortamənzilli ballistik raketlər: 1.000 km-dən 5.500 km-ə qədər;

– Qitələrarası ballistik raketlər (QABR): Minimum 5.500 km mənzilə sahibdir. Maksimum 12000-15000 km. məsafəyə qədər.

Göründüyü kimi, Azərbaycan da İranın qısa mənzilli ballistik raketlərinin hədəf dairəsinə girir. Amma bu zaman ikinci sual ortaya çıxır: İran öz ərazisindən də rahatlıqla Azərbaycana ballistik raket atmaq imkanına malikdir. Elədirsə, niyə onları gətirib Araz qırağına – bizim gözümüzün qabağına yığır? Axı Azərbaycan hücuma məruz qaldığı əsnada əlindəki dron və adi raketlərlə həmin raket qurğularını bir göz qırpımında zərərsizləşdirə bilər.

Belə çıxır ki, İranın məqsədi Azərbaycana zərbə endirmək deyil, öz gücünü nümayiş etdirməkdir. Amma bu siyasətin əks nəticələri də ortaya çıxa bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadəyə imkan verməz, lakin rəsmi Tehran əsassız yerə qonşuluğundakı dövlətləri savaşa təşviq edir.