Gürcüstandan gələn avtomobil şübhə yaratdı – Yoxlama zamanı 433 telefon tapıldıbackend

Gürcüstandan gələn avtomobil şübhə yaratdı – Yoxlama zamanı 433 telefon tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz Gömrük İdarəsinin əməkdaşları Gürcüstandan Azərbaycana gətirilən nəqliyyat vasitələrindən birində gizlədilmiş yüzlərlə mobil telefon aşkar ediblər.

Editor.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hadisə “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Gürcüstandan Azərbaycana daxil olan nəqliyyat vasitəsinə baxış keçirilərkən maraqlı detal üzə çıxıb. Avtomobilin dartıcı hissəsində gömrük orqanlarına əvvəlcədən bəyan edilməyən 433 ədəd mobil telefon gizlədilib.

Gömrük əməkdaşları gizli yükü aşkar edərək onun ölkəyə bəyan edilmədən keçirilməsinin qarşısını alıblar.

Hazırda faktla bağlı araşdırma aparılır. Mobil telefonların mənşəyi və hadisənin digər təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.