Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar – Videobackend

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb.

Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyinin pozulmasına səbəb olan hallar aşkarlanıb.

Bununla əlaqədar obyekt icarədarları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilib.

Hüquqpozma halı təkrar baş verəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq daha ciddi inzibati tədbirlərin görüləcəyi də obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Bakının Səbail rayonunda gecə klubları və restoranların yaratdığı səs-küy sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

 

Tərlan Əliyarbəyov küçəsi, 22 ünvanında yaşayan sakinlər bildiriblər ki, binanın yaxınlığında və alt mərtəbəsində fəaliyyət göstərən əyləncə məkanlarında yüksəksəsli musiqi gecə saatlarından səhərədək davam edir. Bu səbəbdən onların normal istirahəti pozulur, yuxu rejiminə və gündəlik həyatlarına mənfi təsir göstərilir. Onlar dəfələrlə obyektlərin rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Sakinlər hazırda ərazidə fəaliyyət göstərən “Room”, “On-Off” və digər gecə klubları və diskoteka tipli məkanların yaratdığı səs-küydən narahatdırlar.

Müraciətdə o da qeyd olunur ki, əvvəllər həmin ərazidə fəaliyyət göstərən “Location bar and grill” gecə klubunda maye qaz balonunun partlaması nəticəsində dörd nəfərin həyatını itirdiyi faciəvi hadisə baş verib.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.