ABŞ və Kanada Qara dənizdə məhdud atəşkəs təşəbbüsünü dəstəkləyirbackend

ABŞ və Kanada Qara dənizdə məhdud atəşkəs təşəbbüsünü dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Kanada Qara dənizdə məhdud atəşkəs əldə olunması istiqamətində beynəlxalq marağın artdığını bildiriblər.

Vaşinqtonun əsas məqsədi Rusiya və Ukraynaya məxsus taxıl və enerji daşıyan gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Türkiyə və Hindistanın irəli sürdüyü təkliflər hazırda Vaşinqton tərəfindən nəzərdən keçirilir. Bu təşəbbüslər ilk növbədə Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılmasını nəzərdə tutur.
Məsələ G20 ölkələrinin xarici işlər nazirlərinin Atlantada keçirilən toplantısında da müzakirə olunub.

Rusiya xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirakı Avropa və Kanada nümayəndələrinin narazılığına səbəb olub.
Rubio Rusiyanın iştirakı olmadan müharibənin diplomatik yolla başa çatdırılmasının mümkün olmadığını qeyd edib. Bununla belə, o, genişmiqyaslı sülh razılaşmasının yaxın zamanda əldə ediləcəyinə dair nikbin proqnoz verməyib.

Analitiklərin fikrincə, Qara dənizdə məhdud atəşkəs təşəbbüsü tərəflər arasında etimadın bərpası üçün ilkin addım ola bilər.

//Samir Qurbanov, Editor.az