Azərbaycanda 2026-cı ilin ilk doqquz ayı ərzində 24 632 nəfər yaşa görə əmək pensiyası ilə təmin olunub. Təyinatlar proaktiv qaydada, yəni vətəndaşların ayrıca müraciət etməsinə ehtiyac olmadan həyata keçirilib.
Editor.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, pensiya təyin edilən şəxslərin 60,45 faizini kişilər, 39,55 faizini isə qadınlar təşkil edib.
Beləliklə, yanvar-sentyabr aylarında yaşa görə pensiya təyin olunanlar arasında kişilərin payı qadınlarla müqayisədə daha yüksək olub.

