“Biz peşəkar komanda deyilik”.
Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən Azərbaycan – Lixtenşteyn matçından sonra mətbuat konfransında rəqib komandanın baş məşqçisi Konrad Fünfştük deyib.
O bildirib ki, hər bir komandanın öz yolu var:
“Futbolçularımızın çox az hissəsi futboldan pul qazanırlar. Onların əksəriyyəti digər peşə sahələrindən qazandıqları gəlirlə həyatlarını qururlar. Yenə də biz oyundan-oyuna inkişaf etməyə, daha yaxşı nəticələr qazanmağa çalışırıq”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan – Lixtenşteyn oyunu 0:0 hesabı ilə başa çatıb.

