Bakının Nizami rayonunda yerləşən idman zallarından birində ölüm hadisəsi baş verib.
Editor.az-ın Lent.az-a istinadən məlumatına görə, zalda məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil vəfat edib.
İlkin ehtimala görə, gəncin ölümünə ürək çatışmazlığı səbəb ola bilər. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

