Bakıda şagird tənəffüs vaxtı məktəbli yoldaşına kəsici alətlə xəsarət yetiribbackend

Bakıda şagird tənəffüs vaxtı məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün günorta saatlarında Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə qəfildən kəsici alətlə xəsarət yetirib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.