Bayram günlərində Bakı-Qəbələ qatarlarının hərəkət cədvəli açıqlandıbackend

Bayram günlərində Bakı-Qəbələ qatarlarının hərəkət cədvəli açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) noyabr bayramları ilə əlaqədar sərnişinlər üçün əlavə səyahət imkanları yaradacaq. Yüksək sərnişin tələbatının qarşılanması məqsədilə noyabrın 7-si, 8-i, 9-u və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil ediləcək.

Editor.az-ın ADY-yə istinadən verdiyi məlumata görə, qeyd olunan tarixlərdə Bakıdan Qəbələyə yola düşən qatar saat 07:30-da hərəkətə başlayacaq. Qəbələdən Bakıya qayıdan qatarın yola düşmə vaxtı isə saat 19:00-a təyin edilib.

Beləliklə, bayram günlərində Qəbələyə səfər etməyi planlaşdıran sərnişinlər dəmir yolu nəqliyyatından istifadə edə biləcəklər. Səfərini əvvəlcədən planlaşdıran sərnişinlərə bilet və digər məlumatlarla bağlı ADY-nin rəsmi kanallarını izləmək tövsiyə olunur.