İran müharibəyə əvvəlcədən hazırlaşmışdı? “110” planı ilə bağlı açıqlamabackend

İran müharibəyə əvvəlcədən hazırlaşmışdı? “110” planı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranşünas Vardan Vosqanyan İranın xarici işlər naziri Abbas Əraqçinin 40 günlük müharibə ilə bağlı geniş müsahibəsində səsləndirdiyi fikirlərə diqqət çəkib. O, müsahibənin İranın müharibə dövründə idarə olunması, dövlət qurumlarının fəaliyyəti və əvvəlcədən hazırlanmış fövqəladə ssenarilər barədə mühüm məqamları əhatə etdiyini bildirib.

Editor.az xəbər verir ki, Vosqanyan bu barədə sosial media hesabında paylaşım edib.

İranşünasın sözlərinə görə, rejissor Cavad Moquiyə verilən, iki hissədən ibarət və təxminən üç saat davam edən müsahibə müharibənin başlanması, gedişatı və sonrakı danışıqların təfərrüatlarını anlamaq baxımından diqqətəlayiqdir.

Vosqanyan xüsusilə İranın ali dini rəhbərinin mümkün ölümü halında dövlət sisteminin fəaliyyətini davam etdirməsi üçün hazırlanan planla bağlı açıqlamaları vurğulayıb. Onun bildirdiyinə görə, ali dini rəhbərin təsdiqi ilə bu cür vəziyyətlər üçün “110” kod adlı xüsusi fəaliyyət planı hazırlanıbmış.

İranşünasın paylaşımında Əraqçinin ali dini rəhbərin iqamətgahına endirilən zərbədən sonra baş verənlər barədə danışdığı da qeyd olunub. İddialara görə, dağıntılar altından çıxan nazir adi avtomobillə Xarici İşlər Nazirliyinin binasına gedib və digər dövlət və hərbi qurumlarla əlaqə yaratmaq imkanı olmadan Fars körfəzi ölkələrinin ərəb dövlətlərindən olan həmkarları ilə telefon əlaqəsi saxlayıb.

Vosqanyanın təqdim etdiyi məlumatlara əsasən, Əraqçi həmin ölkələrə xəbərdarlıq edib ki, əgər İrana qarşı zərbələr onların ərazisində yerləşən ABŞ hərbi bazalarından endirilibsə, həmin bazalar İranın cavab hücumlarının hədəfinə çevriləcək. Bildirilir ki, bu cavab tədbirləri əvvəlcədən planlaşdırılıbmış.

İranşünas hesab edir ki, ölkənin böhran şəraitində idarə olunması yalnız Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin müstəqil fəaliyyətinə əsaslanan “mozaik idarəetmə” modeli ilə məhdudlaşmır. Onun fikrincə, dövlət qurumlarının fəaliyyəti də mümkün ssenarilərin və onlara veriləcək cavabların əvvəlcədən müəyyənləşdirilməsi prinsipinə əsaslanıb.

Qeyd edək ki, təqdim olunan məlumatda İranla ABŞ və İsrail arasında 40 gün davam etdiyi bildirilən müharibənin 2026-cı il fevralın 28-də başladığı qeyd olunur.