Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazana bilməməsi Kreml üçün ciddi siyasi problem yarada bilər.
Bu fikri ABŞ-ın sabiq dövlət katibi müavini Stephen Biegun bildirib.
Diplomatın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçün müharibənin gözlənilən nəticəni verməməsini ölkə ictimaiyyətinə izah etmək asan olmayacaq. O hesab edir ki, Moskva böyük itkilər verməsinə baxmayaraq qarşıya qoyduğu məqsədlərə nail ola bilməsə, bu vəziyyət Kreml rəhbərliyi üçün ciddi çağırışa çevriləcək.
“Rusiya üçün qələbə qazana bilməmək məğlubiyyət deməkdir. Ukrayna üçün isə vəziyyət fərqlidir. Ukraynanın məğlub olmaması artıq qələbə kimi qiymətləndirilə bilər”, – deyə Biqan vurğulayıb.
ABŞ-li diplomatın fikrincə, müharibənin nəticələrinin daxili
auditoriyaya təqdim edilməsi baxımından əsas çətinlik Vaşinqtonun deyil, Moskvanın qarşısında dayanır. O qeyd edib ki, uzun müddətdir davam edən müharibənin yekun nəticələri ilk növbədə Rusiya rəhbərliyinin siyasi məsuliyyət məsələsini gündəmə gətirəcək.
//Samir Qurbanov, Editor.az


