Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ silahlarının Türkiyə üzərindən Ukraynaya mümkün ötürülməsi ilə bağlı məlumatının olmadığını açıqlayıb.
BMT baş katibinin müavini Fərhan Haq TASS-a açıqlamasında bildirib ki, ABŞ silahlarının Türkiyə vasitəsilə Ukraynaya çatdırılması ilə bağlı yayılan son məlumatlardan xəbərdar deyil. O, eyni zamanda BMT-nin Rusiya-Ukrayna münaqişəsində gərginliyin azaldılmasına dəfələrlə çağırış etdiyini vurğulayıb.
Bundan əvvəl ABŞ Konqresinin sənədlərinə əsasən, Dövlət Departamentinin Ukraynaya ATACMS ballistik raketləri və MLRS reaktiv yaylım atəşi sistemlərinin Türkiyə üzərindən mümkün tədarükünə razılıq verdiyi barədə məlumat yayılmışdı.
Məlumata görə, sözügedən tədarükə 2 524 ədəd M26 raketi və 47 min ədəd M509A1 mərmisinin daxil olduğu bildirilib.
Türkiyə hökuməti isə daha əvvəl ABŞ-ın Ukraynaya silahları Türkiyə ərazisi vasitəsilə çatdırmaq planından xəbərsiz olduğunu açıqlamışdı.
//Samir Qurbanov, Editor.az

