Stoltenberq: Avropa ilə Rusiya arasında gələcəkdə dostluq münasibətləri yarana bilərbackend

Stoltenberq: Avropa ilə Rusiya arasında gələcəkdə dostluq münasibətləri yarana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Avropa ilə Rusiya arasında hazırkı qarşıdurmanın əbədi davam etməyəcəyini və gələcəkdə tərəflər arasında dostluq münasibətlərinin yarana biləcəyini bildirib.

Editor.az xəbər verir ki, Stoltenberq bu barədə TVP World telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, hazırda Avropa ilə Rusiya arasında münasibətlər olduqca pisdir və bu vəziyyətin hələ uzun müddət davam etməsi mümkündür.
Bununla belə, keçmiş NATO rəhbəri gələcəkdə münasibətlərin dəyişə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Avropanın Rusiya ilə daim düşmən münasibətdə olmasının qaçılmaz olduğunu düşünmək yanlışdır.
Stoltenberq həmçinin Avropanın Rusiya qarşısında güclü müdafiə imkanlarına malik olmasının vacibliyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az