Bu məşhur restoranın son kampaniyası ÖLKƏNİ AYAĞA QALDIRDIbackend

Bu məşhur restoranın son kampaniyası ÖLKƏNİ AYAĞA QALDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada fəaliyyət göstərən Starbucks böyük qalmaqalla üzləşib.

Musavat.com xəbər verir ki, şirkətin 18 may tarixində başladığı “Tank Günü” adlı kampaniya ölkədə ciddi etirazlara səbəb olub. Boykot çağırışlarından sonra Starbucks Koreyanın baş direktoru Son Junq-hyon və kampaniyaya cavabdeh şəxslər vəzifələrindən uzaqlaşdırılıb.

Məlumata görə, kampaniya 1980-ci ildə baş vermiş və yüzlərlə insanın həyatını itirdiyi Quanqju Demokratiya Hərəkatının ildönümünə təsadüf edib. “5/18 Tank Day” adı ilə təqdim olunan reklam aksiyası hərbi rejim dövründə istifadə olunan tankları xatırlatdığı üçün cəmiyyət tərəfindən kəskin tənqid olunub.

Tarixçilər və ictimai təşkilatlar bildiriblər ki, 18 may 1980-ci ildə hərbi qüvvələr demokratiya tərəfdarı tələbə etirazlarını silahla dağıdıb və çox sayda mülki şəxs həlak olub. Starbucks-ın həmin tarixdə “tank” ifadəsindən istifadə etməsi “həssas tarixi faciəyə hörmətsizlik” kimi qiymətləndirilib.

Qalmaqalı daha da böyüdən məqamlardan biri isə reklam mətnində işlədilən “masaya sərt vurmaq” ifadəsi olub. Bu sözlər 1987-ci ildə polis işgəncəsi nəticəsində ölən tələbə fəal Park Conq-çul hadisəsini xatırladıb və sosial şəbəkələrdə qəzəb dalğası yaradıb.

Etirazlardan sonra Starbucks Koreya kampaniyanı bir neçə saat ərzində tamamilə dayandırıb və rəsmi üzrxahlıq yayıb. Şirkət açıqlamasında “Bu vəziyyət qəsdən edilməsə də, belə bir səhvin baş verməməsi lazım idi” ifadələrini işlədib.

Cənubi Koreya prezidenti Lee Jae-myung da hadisəyə münasibət bildirərək məsul şəxslərin cavab verməli olduğunu deyib. Hadisədən sonra Starbucks Koreyanın idarəetmə strukturu və şirkətin siyasi əlaqələri ölkə gündəminə çevrilib.