İtaliyada qarətçini avtomobillə vuraraq öldürən qadına 18 il həbs cəzası verilibbackend

İtaliyada qarətçini avtomobillə vuraraq öldürən qadına 18 il həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Lukka şəhər məhkəməsi çantasını oğurlayan şəxsi avtomobillə vuraraq ölümünə səbəb olmaqda təqsirləndirilən sahibkar Çintsiya Dal Pino barəsində 18 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Editor.az xəbər verir ki, məlumat yerli Lapresse agentliyinə istinadən yayılıb.  

Hadisə 2024-cü ilin sentyabrında Viarecco şəhərində baş verib. İstintaqın məlumatına görə, 67 yaşlı qadın çantasını oğurlayan evsiz Mərakeş əsilli kişini yolsuzluq avtomobili ilə təqib edib və onu bir neçə dəfə vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.  

Prokurorluq qadının qəsdən hərəkət etdiyini və özbaşına cəza verməyə çalışdığını əsas gətirərək onun üçün ömürlük həbs cəzası tələb edib. İttiham tərəfi qadının qarətçini saxlamağa deyil, məqsədli şəkildə avtomobillə vurmağa çalışdığını bildirib.  

Müdafiə tərəfi isə ittihamın zəruri özünümüdafiə həddinin aşılması maddəsinə dəyişdirilməsini istəyib. Vəkillər qadının yalnız şəxsi əşyalarının olduğu çantanı geri qaytarmağa çalışdığını, öldürmək niyyətinin olmadığını və hadisədən sonra zərərçəkənin yalnız xəsarət aldığını düşündüyünü bildiriblər.  

İstintaq zamanı təhlükəsizlik kameralarının görüntüləri avtomobilin sürücüsünün şəxsiyyətinin müəyyən edilməsində əsas sübutlardan biri olub.  

//Gülnarə Abasova, Editor.az