“İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun mətni əsas müddəalar üzrə razılaşdırılıb”.
Oxu.Az “Press TV” telekanalına istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai açıqlama verib.
“Diplomatik prosesi pozmağa yönəlmiş davamlı hərbi cəhdlərə baxmayaraq, münaqişəyə son qoymağı nəzərdə tutan potensial razılaşmanın əsas hissələri artıq hazırdır”, – deyə XİN rəsmisi bildirib.


