Tramp Parisin gələcəyi ilə bağlı proqnoz veribbackend

Tramp Parisin gələcəyi ilə bağlı proqnoz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Fransada baş verən etirazları şərh edərkən Parisin gələcəyi ilə bağlı fikir səsləndirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

“Paris tezliklə müsəlman şəhəri olacaq”, – deyə Tramp brifinq zamanı bildirib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada kütləvi etirazlar keçirilib. Aksiyalar sonradan iğtişaşlara çevrilib, etirazçılar polislə toqquşub, bəzi binaları yandırıb və dağıdıblar.

Hadisələr nəticəsində Parisdə iki nəfərin həyatını itirdiyi bildirilir. Ölkə üzrə isə mindən çox ok ticarət obyektinin talan edildiyi və ya zərər gördüyü qeyd olunur. Dəymiş ziyanın yüz milyonlarla avro məbləğində qiymətləndirildiyi bildirilir.

Vəziyyətin gərginləşməsi fonunda Fransanın bəzi ərazilərində komendant saatı tətbiq edilib. Etirazların təşkilatçıları isə yeni aksiyaların keçiriləcəyini açıqlayıblar.

Fransa prezidenti Emmanuel Makron iğtişaşlarla əlaqədar təcili müraciət edərək hökumətdən oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. O, həmçinin talanlarda iştirak edən şəxslərin cəzalandırılacağını və zərər çəkmiş sahibkarlara dəstək göstəriləcəyini vəd edib.

Makronun siyasi rəqibləri isə onun çıxışını tənqid edərək ölkədəki sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.

//Gülnarə Abasova, Editor.az