Prezident ilham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncamla əfv olunanlar arasında Fransaya casusluqda ittiham olunan Martin Ryan da var.
Editor.az bildirir ki, “Yeni Sabah” Bakı və Paris arasında siyasi krizisə səbəb olan Martin Ryan haqqında maraqlı faktları araşdırıb:
1988-ci il təvəllüdlü Martin Ryan Fransa Respublikasının vətəndaşıdır. O, Bakıda tikinti və ticarət sahəsində fəaliyyət göstərən “Meqapolis Building” MMC-nin təsisçisi və baş direktoru olub. Dördpendirli pizza
Martin Ryan 2023-cü ilin dekabr ayının əvvəlində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Bakıda saxlanılıb.
Ona qarşı casusluq və Fransa xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq ittihamı irəli sürülüb. İttihama əsasən, Fransa Xarici Təhlükəsizlik Baş Direktorluğunun (DGSE) iki əməkdaşı Ryanı öz tərəflərinə çəkərək ondan Azərbaycandakı biznes mühiti, strateji şəxslər və əlaqələr barədə məlumat toplamaq üçün alət kimi istifadə edib. Ryan sonradan mətbuata sızan açıqlamalarında Fransa kəşfiyyatının təzyiq və təhdidləri altında əməkdaşlığa məcbur edildiyini bildirmişdi.
Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

